Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN İL KƏNGƏRLİ RAYONUNDA VƏTƏNDAŞLARA NÜMUNƏVİ XİDMƏT GÖSTƏRİLİB

ÖTƏN İL KƏNGƏRLİ RAYONUNDA VƏTƏNDAŞLARA NÜMUNƏVİ XİDMƏT GÖSTƏRİLİB

30.01.2024

Kəngərli rayonunda əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi diqqətdə saxlanılır.

2023-cü il ərzində göstərilən xidmətlər çərçivəsində texniki sənədlərin hazırlanması ilə bağlı ümumilikdə 320 vətəndaş müraciəti qəbul edilib. Bunlardan 144-ü daşınmaz əmlak obyektinin texniki pasportu, 176-sı isə torpaq sahəsinin plan və ölçüsü olub. 2022-ci illə müqayisədə rayon üzrə hazırlanan texniki sənədlərin sayı 34 faiz artıb. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 13 bölgü planı və 107 müayinə aktı hazırlanaraq arxiv sənədlərinə əlavə olunub.

Yanvar-dekabr ayları ərzində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciətlərə vaxtında baxılaraq dövlət reyestrindən 366  çıxarış, məhdudiyyət və yüklülüyə dair 178, əmlakın olub-olmamasına dair 452  arayış, və torpaq sahəsinə dair 62 rəy verilib. Həmçinin, 1 əmlakın  qiymətləndirilməsi icra edilib.

Baxılıb: 241