Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVAN ŞƏHƏRİNDƏ HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

NAXÇIVAN ŞƏHƏRİNDƏ HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

15.01.2024

Vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə operativ baxılması və daşınmaz əmlaka məxsus texniki sənədlərin hazırlanması Əmlak Məsələləri Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən 2023-cü ildə mütəşəkkil həyata keçirilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə şəhər üzrə hazırlanan texniki sənədlərin sayında 72 faiz artım müşahidə olunub.

Ötən dövrdə daxil olan müraciətlərə əsasən İdarə 706 fərdi yaşayış evinə, 352 mənzilə, 5 qeyri-yaşayış binasına, 25 qeyri-yaşayış sahəsinə məxsus ümumilikdə 1088 daşınmaz əmlak obyektinin texniki pasportunu hazırlayıb, 632 torpaq sahəsinin plan-ölçüsünü tərtib edərək vətəndaşlara təqdim edilib.

Hesabat dövründə texniki sənədlərin tərtibi zamanı 213 bölgü planı, 157 müayinə aktı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub. 22 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra olunub, müvafiq hesabatlar hazırlanıb.

Təhlil olunan 2023-cü il ərzində vətəndaşlardan daxil olan şifahi və yazılı müraciətlər yerində araşdırılıb, əmlaklara baxış keçirilib və qanunvericiliyin tələbləri onlara izah edilib. Yaşayış məntəqələrində dövlət və bələdiyyə, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.

Baxılıb: 177