NAXÇIVANDA 30 DÖVLƏT OBYEKTİ ÖZƏLLƏŞDİRİLİB
02.02.2024
Naxçıvanda dövlət əmlakının idarə edilməsi sahəsində cari ilin yanvar ayında özəlləşdirmə prosesinə investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması, şəffaflığın daha da artırılması məqsədilə cari ilin yanvar ayı ərzində 30 dövlət obyekti, qeyri-yaşayış sahəsi özəlləşdirilib. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə çoxdur.
Yanvar ayı ərzində özəlləşdirmədən daxilolmalar 450 min manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17 dəfə çoxdur.
AYİB-LƏ DÖVLƏT ZƏMANƏTİ OLMADAN KREDİTİN AYRILMASI BARƏDƏ MÜQAVİLƏ İMZALANIB
02.02.2024
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında dövlət zəmanəti olmadan 2 ədəd “Handysize” tipli quru yük gəmisinin maliyyələşməsi üzrə kredit müqaviləsi imzalanıb.
Bununla əlaqədar keçirilmiş tədbirdə Avropa Yenudənqurma və İnkişaf Bankında Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarov, AİH-in baş icraçı direktoru Ruslan Əlixanov, ASCO-nun İdarə heyətinin sədri Rauf Vəliyev, AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos və AYİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Natali Mouravidze iştirak ediblər.
AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKININ RƏSMİLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
02.02.2024
İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə keçirilən görüşdə Bankla əməkdaşlığın inkişafı və COP29-a hazırlıq çərçivəsində görülən işlər müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İqlim Strategiyası və Çatdırılması Departamentinin icraçı direktoru Harri Boyd-Karpenterlə görüşüb.
İqtisadiyyat naziri Azərbaycanın AYİB-lə uğurlu əməkdaşlıq etdiyini və Bankla əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb. Bildirilib ki, AYİB-lə birgə həyata keçirilən layihələr ölkəmizin dayanıqlı inkişafı istiqamətində qabaqcıl təcrübənin, müasir texnologiyaların və innovasiyaların tətbiqini sürətləndirir. COP29-un ölkəmizdə keçirilməsi Bankla qlobal iqlim strategiyası üzrə əməkdaşlığın inkişafına stimul verir.
ÖTƏN İL KƏNGƏRLİ RAYONUNDA VƏTƏNDAŞLARA NÜMUNƏVİ XİDMƏT GÖSTƏRİLİB
30.01.2024
Kəngərli rayonunda əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi diqqətdə saxlanılır.
2023-cü il ərzində göstərilən xidmətlər çərçivəsində texniki sənədlərin hazırlanması ilə bağlı ümumilikdə 320 vətəndaş müraciəti qəbul edilib. Bunlardan 144-ü daşınmaz əmlak obyektinin texniki pasportu, 176-sı isə torpaq sahəsinin plan və ölçüsü olub. 2022-ci illə müqayisədə rayon üzrə hazırlanan texniki sənədlərin sayı 34 faiz artıb. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 13 bölgü planı və 107 müayinə aktı hazırlanaraq arxiv sənədlərinə əlavə olunub.
