Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - 2023-CÜ İL ÜZRƏ SƏDƏRƏK RAYONUNDA QEYDİYYATA ALINMIŞ ƏMLAKLARIN SAYINDA 20% ARTIM MÜŞAHİDƏ OLUNUB

2023-CÜ İL ÜZRƏ SƏDƏRƏK RAYONUNDA QEYDİYYATA ALINMIŞ ƏMLAKLARIN SAYINDA 20% ARTIM MÜŞAHİDƏ OLUNUB

29.01.2024

Yanvar-dekabr ayları üzrə aparılan təhlillərin nəticəsi göstərir ki, Sədərək rayonunda daşınmaz əmlak üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına sakinlərin marağı yüksək olub. Sədərək rayonunda əvvəlki illə müqayisədə ötən il hazırlanan mülkiyyət sənədlərinin sayında 20 faiz artım qeydə alınıb. 

İl ərzində mülkiyyət sənədlərinin hazırlanması üçün daxil olan 132 müraciət qeydə alınaraq vaxtlı-vaxtında icra edilib. Müraciətlərə əsasən ümumilikdə, 34 daşınmaz əmlak obyektinin texniki pasportu vətəndaşlara təqdim edilib, 98 torpaq sahəsinə dair plan və ölçü hazırlanıb.

Mülkiyyət sənədlərinin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilərək ümumilikdə, 55 müayinə aktı tərtib olunub. Daxil olan müraciətlər əsasında 459 sosial arayış, 54 məhdudiyyət və yüklülüyə dair arayış verilib, 2 bölgü və 1 birləşmə planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Vətandaşlardan daxil olan 138 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib və qanunvericilikdə nəzərdə tutulan tələblər ətraflı izah edilib. Rayonda dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti nəzarətdə saxlanılıb, bununla əlaqədar sakinlərin maarifləndirilməsi işi davam etdirilib.

Baxılıb: 178