Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN İL ŞAHBUZ RAYONUNDA ƏMLAKLARIN TEXNİKİ İNVENTARLAŞDIRILMASI 73% ARTIMLA YERİNƏ YETİRİLİB

ÖTƏN İL ŞAHBUZ RAYONUNDA ƏMLAKLARIN TEXNİKİ İNVENTARLAŞDIRILMASI 73% ARTIMLA YERİNƏ YETİRİLİB

16.01.2024

Muxtar respublika sakinlərinin əmlak və torpaq məsələləri ilə bağlı müraciətlərinə 2023-cü ildə də operativ şəkildə baxılıb, müvafiq məsələlər qanunvericiliyin tələblərinə uyğun olaraq öz həllini tapıb. Əmlak Məsələləri Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi hesabat ili ərzində rayonda 578 vətəndaşın müraciətini qəbul edib.

Rayon şöbəsi tərəfindən hazırlanan mülkiyyət sənədlərinin sayı əvvəlki ilin göstəricilərini 73 faiz üstələyib. Daxil olan müraciətlərə əsasən 369 torpaq sahəsinə dair plan-ölçü, 176 fərdi yaşayış evinə, 15 mənzilə, 4 qeyri-yaşayış binasına, 17 qeyri-yaşayış sahəsinə məxsus 212 daşınmaz əmlak obyektinə dair texniki pasport hazırlanaraq hüquq sahiblərinə təqdim edilib.

İl ərzində 5 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilib. Texniki sənədlərin hazırlanması zamanı rayonun yaşayış məntəqələrindəki əmlaklara yerində baxış keçirilib və nəticədə 402 müayinə aktı tərtib edilib. Məhdudiyyət və yüklülüyə dair 168, əmlakın olub-olmamasına dair 180 arayış verilib, 5 bölgü planı, 30 dublikat sənəd hazırlanaraq vətəndaşlara təqdim olunub.

Müvafiq dövrdə rayon üzrə torpaqlardan təyinatına və qanunvericiliyə uyğun istifadə edilməsinə dövlət nəzarəti və maarifləndirmə işi diqqətdə saxlanılıb.

Baxılıb: 200