ÖTƏN 3 AY ƏRZİNDƏ ŞƏRUR RAYONU ÜZRƏ 265 TEXNİKİ SƏNƏD HAZIRLANIB
17.04.2024
Şərur rayonunda yanvar-mart ayları ərzində sakinlərə fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlər mütəşəkkil həyata keçirilib, torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti nəzarətdə saxlanılıb, vətəndaş məmnunluğu artıb.
Üç ay ərzində sakinlərin müraciətlərinə operativ qaydada baxılıb, rayonun ailə təsərrüfatı sahibləri, torpaq mülkiyyətçiləri ilə maarifləndirici söhbətlər aparılıb, torpaqlardan səmərəli istifadə qaydaları onlara izah olunub.
NAXÇIVANDA İLK 3 AYDA 40 İCARƏ MÜQAVİLƏSİ BAĞLANIB
17.04.2024
Daşınmaz dövlət əmlakı və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi sahəsində işlər davam etdirilib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin ilk 3 ayında 40 icarə müqaviləsi bağlanılıb ki, bunun 47,5 faizi qeyri-yaşayış sahələri üzrə, 52,5 faizi isə torpaq sahələrinə dair olub.
YANVAR-MART AYLARI ƏRZİNDƏ CULFA RAYONUNDA VƏTƏNDAŞLARA NÜMUNƏVİ XİDMƏT GÖSTƏRİLİB
16.04.2024
Cari ilin ötən 3 ayında Culfa rayonunda daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə dövlət nəzarəti daha da gücləndirilib, sakinlərin daşınmaz əmlakla bağlı müraciətləri operativ təmin olunub.
Birinci rüb ərzində 59 texniki pasport hazırlanıb ki, bunlardan 33-ü fərdi yaşayış evinə, 17-si mənzilə, 6-sı qeyri-yaşayış sahəsinə, 3-ü qeyri-yaşayış binasına məxsus olub. Bu dövrdə 58 torpaq sahəsinin isə plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub.
Rayon üzrə dövlət reyestrindən 114 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 22 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliyə uyğun icra edilib. Müraciətlər əsasında 152 sosial arayış hazırlanaraq vətəndaşlara təqdim olunub, 7 torpaq sahəsinə dair rəy verilib.
İQTİSADİYYAT NAZİRİNİN MÜAVİNİ NAXÇIVANDA VƏTƏNDAŞLARI QƏBUL EDƏCƏK
16.04.2024
19 aprel 2024-cü il tarixdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
