Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVANDA HƏRRACDA SATILAN ƏMLAKLARIN SAYI 2,3 DƏFƏ ARTIB

NAXÇIVANDA HƏRRACDA SATILAN ƏMLAKLARIN SAYI 2,3 DƏFƏ ARTIB

14.08.2024

Özəlləşdirmə prosesində operativliyi və şəffaflığı təmin etmək üçün həyata keçirilən tədbirlərdən biri də hərraclardır. Hərraclara çıxarılan dövlət əmlakları müxtəlif çeşidli olmaqla sahibkarların seçim imkanını artırır.

2024-cü ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclar yolu ilə satılan əmlakların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 70 olub.

Cari ilin 7 ayı ərzində keçirilən hərraclardan xüsusi hesaba daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə artıb.

Baxılıb: 103