Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVANDA DAŞINMAZ DÖVLƏT ƏMLAKININ İCARƏSİNDƏN DÖVLƏT BÜDCƏSİNƏ DAXİLOLMALAR ARTIB

NAXÇIVANDA DAŞINMAZ DÖVLƏT ƏMLAKININ İCARƏSİNDƏN DÖVLƏT BÜDCƏSİNƏ DAXİLOLMALAR ARTIB

09.08.2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin 7 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib.

Cari ilin yanvar-iyul ayları ərzində ümumilikdə 72 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 38-i qeyri-yaşayış sahələri üzrə, 34-ü isə torpaq sahələrinə dair olub.

Daşınmaz dövlət əmlakının  icarəsindən bu ilin 7 ayı ərzində dövlət büdcəsinə 207,8 min manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz artıb.

Baxılıb: 109