Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVANIN DÖVLƏT ƏMLAKININ ÖZƏLLƏŞDİRİLMƏSİNDƏN ƏLDƏ OLUNAN GƏLİRİ 10,1 DƏFƏ ARTIB

NAXÇIVANIN DÖVLƏT ƏMLAKININ ÖZƏLLƏŞDİRİLMƏSİNDƏN ƏLDƏ OLUNAN GƏLİRİ 10,1 DƏFƏ ARTIB

08.08.2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin 7 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi sahəsində işləri davam etdirir. Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 143 dövlət əmlakı özəlləşdirilib.

2024-cü ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 1,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 dəfə çoxdur.

Baxılıb: 115