NAXÇIVANDA BU İLİN YANVAR-APREL AYLARI ƏRZİNDƏ 2987 MÜLKİYYƏT HÜQUQUNUN DÖVLƏT QEYDİYYATI APARILIB
17.05.2024
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-aprel ayları ərzində 2987 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Cari ilin ilk 4 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 1097-u fərdi yaşayış evi, 490-ı mənzil, 1237-i torpaq sahəsi, 50-i qeyri-yaşayış binası, 98-i qeyri-yaşayış sahəsi, 12-i əmlak kompleksi, 2-i bağ evi,1-i isə çoxmərtəbəli yaşayış binasıdır.
Qeyd olunan dövrdə 2055 texniki pasport tərtib edilib.
TÜRKİYƏ RESPUBLİKASININ TİCARƏT NAZİRLİYİ VƏ ŞƏRQİ ANADOLU İXRACATÇILAR BİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ NAXÇIVANA SƏFƏR EDİB
15.05.2024
Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.
Səfər çərçivəsində qonaqlar ümummilli liderimizin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə ticarət əlaqələri: Naxçıvanın ixrac imkanları" mövzusunda görüş keçirilib. Görüşdə hər iki tərəfdən rəsmi şəxslər və sahibkarlar iştirak ediblər.
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİNDƏ TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
15.05.2024
Mayın 15-də Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov Naxçıvanda səfərdə olan Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya və Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyevin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İQTİSADİYYAT NAZİRLİYİNDƏ AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKININ AZƏRBAYCANDAKI DAİMİ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
08.05.2024
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım Natali Mouravidze ilə görüşüb.
Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edərək müvafiq istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
