Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

2-Cİ AZƏRBAYCAN-ÖZBƏKİSTAN REGİONLARARASI FORUMU KEÇİRİLİB

22.05.2024

Qubada təşkil edilən 2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumunda ölkələrimizin bölgələrinin iqtisadi potensialı və tərəfdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub, ikitərəfli sənədlər imzalanıb, B2B formatda görüşlər olub.

Ardını oxu »

NAXÇIVANDA İXRAC ÜÇÜN VERİLMİŞ MƏNŞƏ SERTİFİKATLARININ SAYI ARTIB

20.05.2024

Naxçıvanda ixrac üçün nəzərdə tutulan məhsullara verilən mənşə sertifikatlarına tələbat artmaqda davam edir. Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 110 mənşə sertifikatı verilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,9 faiz çoxdur.

Ardını oxu »

NAXÇIVANIN DÖVLƏT ƏMLAKININ ÖZƏLLƏŞDİRİLMƏDƏN GƏLİRİ 12,1 DƏFƏ ARTIB

20.05.2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin 4 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi sahəsində işləri davam etdirir.

Dövlət Xidməti tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 68 dövlət əmlakı özəlləşdirilib.

2024-cü ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinə daxilolmalar 683,0 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 dəfə çoxdur.

Ardını oxu »

NAXÇIVANDA SAHİBKARLARA VERİLƏN KREDİTLƏRİN HƏCMİ ARTIB

17.05.2024

Özəl sektora dövlət dəstəyi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu 2024-cü ilin ilk 4 ayı ərzində 13 layihə maliyyələşdirib.  

Layihələrin maliyyələşdirilməsinə 284 min manat vəsait sərf olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Cari ilin 4 ayı ərzində qaytarılan kreditlərin həcmi 2,3 milyon manat olmuşdur ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 42,8 faiz çoxdur.

2024-cü ilin 4 ayı ərzində 401,1 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.

Ardını oxu »