Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

İQTİSADİYYAT NAZİRLİYİNDƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

22.04.2024

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, həmçinin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları, tələbələr iştirak ediblər.

Ardını oxu »

İQTİSADİYYAT NAZİRİNİN MÜAVİNİ NAXÇIVANDA VƏTƏNDAŞLARI QƏBUL EDİB

22.04.2024

Naxçıvanda vətəndaşların sahibkarlıq fəaliyyətinə güzəştli kreditlərin verilməsi, əmlak, vergi və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.

 

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Naxçıvan şəhərində Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, əmlak, vergi və s. məsələlərlə bağlı müraciət ediblər.

Ardını oxu »

NAXÇIVANDA İXRAC OLUNAN MALLARA VERİLƏN MƏNŞƏ SERTİFİKATLARININ SAYI ARTIB

18.04.2024

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 84 mənşə sertifikatı verilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,5 faiz çoxdur.

Hesabat dövründə verilən mənşə sertifikatların 54,8 faizini CT-1 formalı mənşə sertifikatı, 45,2 faizini isə “Ümumi” formalı mənşə sertifikatı təşkil edib.

Ardını oxu »

TATARISTANLA İQTİSADİ ƏLAQƏLƏRİN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLİB

18.04.2024

Azərbaycan və Tatarıstan arasında ticarət, energetika, turizm, sənaye, innovasiyalar, KOB və humanitar sahələrdə əlaqələrin inkişafı barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb. Tərəflər Azərbaycan–Tatarıstan iqtisadi tərəfdaşlığının inkişaf istiqamətləri, sənaye parkları çərçivəsində birgə fəaliyyətin dəstəklənməsi, sərmayələrin təşviqi üçün mövcud potensialdan istifadənin genişləndirilməsi və ticarət əlaqələrinin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Ardını oxu »