Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVANDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNİN ƏMƏKDAŞLARI ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİB

NAXÇIVANDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNİN ƏMƏKDAŞLARI ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİB

09.09.2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının fəaliyyətlərinin təkmilləşdirilməsi, müvafiq istiqamətlər üzrə göstərdikləri xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə təlimlər keçirilib.

Təşkil olunan təlimlər zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Vaqif Rzayev dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı müvafiq ilkin sәnәdlәrin hazırlanması vә tәqdim edilmәsi, sәnәdlәr toplusunu qәbul edərək ekspertizasının keçirilməsi, obyektlәrin özәllәşdirilmәsi barәdә sәrәncam layihәlәrinin hazırlanması və bu sahə ilə bağlı digər zəruri xidmətlərin aparılması qaydaları barədə əməkdaşlara məlumat verib.

Dövlət Xidmətinin əməkdaşı İbrahim İbrahimli Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemindən istifadə edilməsi ilə bağlı məlumat verib, sistemə məlumatların yığılması qaydaları, texniki nəzarət, texniki qüsurların aradan qaldırılması və arxiv məlumatlarının elektron bazaya köçürülməsi barədə məlumatları əməkdaşların diqqətinə çatdırıb.

Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.

Baxılıb: 82