TATARISTANLA İQTİSADİ ƏLAQƏLƏRİN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLİB
18.04.2024
Azərbaycan və Tatarıstan arasında ticarət, energetika, turizm, sənaye, innovasiyalar, KOB və humanitar sahələrdə əlaqələrin inkişafı barədə müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb. Tərəflər Azərbaycan–Tatarıstan iqtisadi tərəfdaşlığının inkişaf istiqamətləri, sənaye parkları çərçivəsində birgə fəaliyyətin dəstəklənməsi, sərmayələrin təşviqi üçün mövcud potensialdan istifadənin genişləndirilməsi və ticarət əlaqələrinin gücləndirilməsi məsələlərini müzakirə ediblər.
ÖTƏN 3 AY ƏRZİNDƏ ŞƏRUR RAYONU ÜZRƏ 265 TEXNİKİ SƏNƏD HAZIRLANIB
17.04.2024
Şərur rayonunda yanvar-mart ayları ərzində sakinlərə fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlər mütəşəkkil həyata keçirilib, torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti nəzarətdə saxlanılıb, vətəndaş məmnunluğu artıb.
Üç ay ərzində sakinlərin müraciətlərinə operativ qaydada baxılıb, rayonun ailə təsərrüfatı sahibləri, torpaq mülkiyyətçiləri ilə maarifləndirici söhbətlər aparılıb, torpaqlardan səmərəli istifadə qaydaları onlara izah olunub.
NAXÇIVANDA İLK 3 AYDA 40 İCARƏ MÜQAVİLƏSİ BAĞLANIB
17.04.2024
Daşınmaz dövlət əmlakı və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi sahəsində işlər davam etdirilib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin ilk 3 ayında 40 icarə müqaviləsi bağlanılıb ki, bunun 47,5 faizi qeyri-yaşayış sahələri üzrə, 52,5 faizi isə torpaq sahələrinə dair olub.
YANVAR-MART AYLARI ƏRZİNDƏ CULFA RAYONUNDA VƏTƏNDAŞLARA NÜMUNƏVİ XİDMƏT GÖSTƏRİLİB
16.04.2024
Cari ilin ötən 3 ayında Culfa rayonunda daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə dövlət nəzarəti daha da gücləndirilib, sakinlərin daşınmaz əmlakla bağlı müraciətləri operativ təmin olunub.
Birinci rüb ərzində 59 texniki pasport hazırlanıb ki, bunlardan 33-ü fərdi yaşayış evinə, 17-si mənzilə, 6-sı qeyri-yaşayış sahəsinə, 3-ü qeyri-yaşayış binasına məxsus olub. Bu dövrdə 58 torpaq sahəsinin isə plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub.
Rayon üzrə dövlət reyestrindən 114 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 22 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliyə uyğun icra edilib. Müraciətlər əsasında 152 sosial arayış hazırlanaraq vətəndaşlara təqdim olunub, 7 torpaq sahəsinə dair rəy verilib.