Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEKTİVİ SƏRGİ-SATIŞ YARMARKASI İLƏ TANIŞ OLUB

İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEKTİVİ SƏRGİ-SATIŞ YARMARKASI İLƏ TANIŞ OLUB

17.10.2024

Naxçıvan Muxtar Respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov və nazirliyin əməkdaşları Heydər Əliyev Sarayında muxtar respublikanın 100 illik yubileyi ilə əlaqədar təşkil olunan məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası ilə tanış olublar.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova sərgidə nümayiş olunan 447 müəllifin 10929 adda əl işi barədə kollektivə ətraflı məlumat verib.

Baxılıb: 59