Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - BƏƏ-NİN SƏNAYE VƏ QABAQCIL TEXNOLOGİYALAR NAZİRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

BƏƏ-NİN SƏNAYE VƏ QABAQCIL TEXNOLOGİYALAR NAZİRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

11.10.2024

Azərbaycanla BƏƏ-nin iqtisadi sahədə fəaliyyətinin perspektivləri, energetika sahəsində fəal əməkdaşlığın təşviqi və ölkələr arasında birgə layihələr   müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri ilə görüşüb.

Görüşdə ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu vurğulanıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verilib. Eyni zamanda SOCAR-ın BƏƏ-nin ADNOC və Masdar şirkətləri ilə birgə layihələri, onların icrası istiqamətində perspektivdə duran məsələlər müzakirə edilib.

Tərəflər həmçinin, Azərbaycanla BƏƏ-nin iqtisadi sahədə birgə fəaliyyətinin perspektivləri, energetika sahəsində fəal əməkdaşlığın təşviqi və COP29 çərçivəsində ölkəmizlə tərəfdaşlıq barədə müzakirələr aparıblar.

Baxılıb: 53