Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVAN MUXTAR RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN RƏHBƏRLİYİ VƏ KOLLEKTİVİ ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT EDİBLƏR

NAXÇIVAN MUXTAR RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN RƏHBƏRLİYİ VƏ KOLLEKTİVİ ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT EDİBLƏR

07.11.2024

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi Vətən müharibəsində şücaət göstərərək öz canlarını qurban vermiş şəhidlər – baş leytnant Sahil Məmmədov,  baş leytnant Fuad Əlizadə, kapitan Aşur Cəmiyev,  kapitan Şahmar Quliyev və mayor Sadiq Həsənovun ailələrini ziyarət ediblər.

Görüşdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov  ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanların əziz xatirəsini böyük hörmət və minnətdarlıq hissləri ilə yad edib.  Vətənə layiqli övladlar yetişdirən valideynlərə dərin ehtiramını bildirib.

Şəhid ailələrinin üzvləri şəhidlərlə bağlı xatirələrini bölüşüb, onların keçdiyi rəşadətli döyüş yolundan danışıblar.

Baxılıb: 39