NAXÇIVANDA MƏNŞƏ SERTİFIKATI VERİLMƏSİ 25,2 FAİZ ARTIB
07.11.2024
Bu ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinin müraciəti əsasında ixrac olunan malların mənşə ölkəsini təsdiq edən 318 sertifikat verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz çoxdur.
Cari ilin 10 ayı ərzində verilmiş mənşə sertifikatlarının 231 "CT-1" formalı, 85 "Ümumi" formalı, 2-si A formalı olub.
Baxılıb: 35