Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA 24 DÖVLƏT ƏMLAKININ SATIŞI ÜZRƏ HƏRRACLAR KEÇİRİLƏCƏK

10.06.2024

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 09 fevral 2024-cü il tarixli  Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Naxçıvan Muxtar Respublikası Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs yaradılmış, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 2024-cü il 01 mart tarixli 79 nömrəli əmri ilə publik hüquqi şəxsin nizamnaməsi təsdiq edilmişdir.

Nizamnaməsinə uyğun olaraq mərkəz dövlət sifarişi əsasında dövlət əmlakının, dövlətə məxsus olan hüquqi şəxslərin, onların bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət nəfinə keçməklə müsadirə olunmuş, xüsusi müsadirə edilmiş əmlakın, üzərinə həbs qoyulmuş dövlət əmlakının, dövlətin xeyrinə imtina edilmiş və dövlət mülkiyyətinə keçirilmiş əmlakın hərraclarda satışını həyata keçirir.

Ardını oxu »

ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATININ BAŞ DİREKTORU İLƏ GÖRÜŞ KEÇİRİLİB

07.06.2024

İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə ÜTT ilə əlaqələrin inkişaf perspektivləri, ölkəmizin təşkilata üzvlük prosesi ətrafında fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonyo-İveala ilə görüşüb.

Ardını oxu »

“SAİPEM” ŞİRKƏTİNİN İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞ KEÇİRİLİB

05.06.2024

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Saipem” şirkətinin icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.

Görüşdə ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan energetika layihələrinin önəmi qeyd edilib, “yaşıl” enerji və dekarbonizasiya sahələrində ölkəmizdə həyata keçirilən tədbirlər, SOCAR-la beynəlxalq tərəfdaşlar arasında reallaşdırılan layihələr barədə məlumat verilib. Vurğulanıb ki, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyi, xarici şirkətlərin bu baxımdan ölkəmizə olan yüksək marağı regional və qlobal miqyasda mühüm layihələri reallaşdırmağa imkan verir.

Ardını oxu »

FÖVQƏLADƏ HALLARLA BAĞLI DAVRANIŞ QAYDALARINA DAİR MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

23.05.2024

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyində fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirici tədbir keçirilib.

Ardını oxu »