Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

NAXÇIVANDA 3 KİÇİK DÖVLƏT MÜƏSSİSƏSİ VƏ 7 QEYRİ-YAŞAYIŞ SAHƏSİ ÖZƏLLƏŞDİRİLİB

30.08.2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən növbəti hərrac keçirilib.

Muxtar respublikanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rayon idarələrinə məxsus əmlakların hərracla satışı zamanı Hərracların Təşkili Mərkəzi tərəfindən şəffaflıq tam təmin olunub, prosesin videoçəkilişi aparılıb.

Ardını oxu »

NAXÇIVANDA HƏRRAC VASİTƏSİLƏ 6 TORPAQ SAHƏSİ MÜLKİYYƏTƏ, 5 TORPAQ SAHƏSİ İCARƏYƏ VERİLİB

23.08.2024

   Avqustun 20-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı növbəti hərrac keçirilib.

Hərracda  qeydiyyatdan keçmiş 22 sifarişçi muxtar respublikanın 9 bələdiyyəsinə məxsus 6 torpaq sahəsinin mülkiyyətə, 5 torpaq sahəsinin isə icarəyə verilməsi üzrə rəqabətin iştirakçısı olub.

Ardını oxu »

NAXÇIVANDA HƏRRACDA SATILAN ƏMLAKLARIN SAYI 2,3 DƏFƏ ARTIB

14.08.2024

Özəlləşdirmə prosesində operativliyi və şəffaflığı təmin etmək üçün həyata keçirilən tədbirlərdən biri də hərraclardır. Hərraclara çıxarılan dövlət əmlakları müxtəlif çeşidli olmaqla sahibkarların seçim imkanını artırır.

2024-cü ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclar yolu ilə satılan əmlakların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 70 olub.

Ardını oxu »

NAXÇIVANDA DAŞINMAZ ƏMLAK ÜZƏRİNDƏ MÜLKİYYƏT HÜQUQUNUN QEYDİYYATI 1,5 % ÇOX OLUB

13.08.2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən  bu ilin yanvar-iyul aylarında Naxçıvanda daşınmaz əmlak üzərində 5947 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur.

Ardını oxu »