Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

NAXÇIVANDA SAHİBKARLARA VERİLƏN KREDİTLƏRİN HƏCMİ ARTIB

17.05.2024

Özəl sektora dövlət dəstəyi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu 2024-cü ilin ilk 4 ayı ərzində 13 layihə maliyyələşdirib.  

Layihələrin maliyyələşdirilməsinə 284 min manat vəsait sərf olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Cari ilin 4 ayı ərzində qaytarılan kreditlərin həcmi 2,3 milyon manat olmuşdur ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 42,8 faiz çoxdur.

2024-cü ilin 4 ayı ərzində 401,1 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.

Ardını oxu »

NAXÇIVANDA BU İLİN YANVAR-APREL AYLARI ƏRZİNDƏ 2987 MÜLKİYYƏT HÜQUQUNUN DÖVLƏT QEYDİYYATI APARILIB

17.05.2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-aprel ayları ərzində 2987 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Cari ilin ilk 4 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 1097-u fərdi yaşayış evi, 490-ı mənzil, 1237-i torpaq sahəsi, 50-i qeyri-yaşayış binası, 98-i qeyri-yaşayış sahəsi, 12-i əmlak kompleksi, 2-i bağ evi,1-i isə çoxmərtəbəli yaşayış binasıdır.  

Qeyd olunan dövrdə 2055 texniki pasport tərtib edilib.

Ardını oxu »

TÜRKİYƏ RESPUBLİKASININ TİCARƏT NAZİRLİYİ VƏ ŞƏRQİ ANADOLU İXRACATÇILAR BİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ NAXÇIVANA SƏFƏR EDİB

15.05.2024

Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.

Səfər çərçivəsində qonaqlar ümummilli liderimizin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə ticarət əlaqələri: Naxçıvanın ixrac imkanları" mövzusunda görüş keçirilib. Görüşdə hər iki tərəfdən rəsmi şəxslər və sahibkarlar iştirak ediblər.

Ardını oxu »

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİNDƏ TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

15.05.2024

Mayın 15-də Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov Naxçıvanda səfərdə olan Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa  Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya və Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyevin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ardını oxu »