Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVANDA NÖVBƏTİ HƏRRAC KEÇİRİLİB

NAXÇIVANDA NÖVBƏTİ HƏRRAC KEÇİRİLİB

15.10.2024

Oktyabrın 14-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən bələdiyyə mülkiyyətində olan 4 torpaq sahəsinin mülkiyyətə, 2 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı növbəti hərrac keçirilib.

Hərraca qeydiyyatdan keçmiş 13 iştirakçı qatılıb və 6 sifarişçi hərracın qalibi olub.

Keçirilən hərrac və müsabiqələrlə bağlı ətraflı məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin emlak.nakhchivan.az və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin auksion.nmr.az rəsmi internet saytlarından əldə etmək mümkündür.

Baxılıb: 77