Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ZƏFƏR GÜNÜ ƏRƏFƏSİNDƏ ŞƏHİD MƏZARLARI VƏ ŞƏHİD AİLƏLƏRİ ZIYARƏT OLUNDU

ZƏFƏR GÜNÜ ƏRƏFƏSİNDƏ ŞƏHİD MƏZARLARI VƏ ŞƏHİD AİLƏLƏRİ ZIYARƏT OLUNDU

07.11.2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kollektivi 8 noyabr - Zəfər Günü ərəfəsində şəhid məzarlarını ziyarət edib, onların məzarları önünə gül dəstələri qoyublar.

Sonra Xidmətin əməkdaşları şəhid ailələrini ziyarət edərək, Azərbaycan xalqına zəfər, qələbə sevincini bəxş edən qəhrəman şəhidlərimizin getdiyi döyüş yolundan söz açıb, vətən övladlarının İkinci Qarabağ Müharibəsində mənfur düşmənə qarşı göstərdiyi əsl şücaətdən danışıblar.

Vurğulanıb ki, ölkəmizin hər bir vətəndaşı şəhidlərə və onların ailələrinə borcludurlar. Ali Baş Komandanın rəhbərliyi ilə uğurlu döyüş əməliyyatları aparan şəhid və qazilərimizin canları bahasına torpaqlarımız işğaldan tam azad edilib və suverenliyimiz təmin olunub. Bu gün isə onların sayəsində azad olunan torpaqlarımız geniş quruculuq meydanını xatırladır.


Baxılıb: 47