MÜLKİYYƏT HÜQUQLARI DÖVLƏT QEYDİYYATINA ALINIB
10.12.2021
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması cari ilin noyabr ayı ərzində diqqətdə saxlanılıb.
İdarə tərəfindən müraciətlər əsasında 32 fərdi yaşayış evinin, 7 mənzilin, 1 qeyri-yaşayış binasının, 1 qeyri-yaşayış sahəsinin, ümumilikdə 41 daşınmaz əmlak obyektinin texniki pasportu, 32 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 18 bölgü planı, 12 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub.
Ötən ayla müqayisədə daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində artım müşahidə edilib. 32 əmlakın qiymətləndirilməsi icra edilib, qiymətləndirilmələrə dair hesabatlar hazırlanıb.
Naxçıvan şəhəri ərazisində olan dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.
Baxılıb: 299
