ORDUBAD RAYONUNDA 55 TEXNİKİ SƏNƏD HÜQUQ SAHİBLƏRİNƏ TƏQDİM EDİLİB
14.12.2021
Muxtar respublikada mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi noyabr ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən diqqətdə saxlanılıb, 19 fərdi yaşayış evinə, 2 mənzilə, 3 qeyri-yaşayış binasına məxsus 24 texniki pasport hazırlanıb, 31 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. Texniki sənədlərin hazırlanması məqsədi ilə 34 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 55 müraciətə baxılıb, məhdudiyyət və yüklülüyə dair 28 arayış verilib.
Ötən ay ərzində vətəndaşlardan daxil olmuş 14 şifahi müraciətlə əlaqədar operativ olaraq əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilərək qanunamüvafiq icra edilib .
Rayonun Azadkənd və Aşağı Əylis kənd yaşayış məntəqələrində səyyar xidmət göstərilib, qəbul edilmiş 13 müraciət əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.
Baxılıb: 262