ŞƏRUR RAYONUNDA DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIB
09.12.2021
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən ötən ay ərzində 14 fərdi yaşayış evinə, 1 mənzilə, 3 qeyri-yaşayış sahəsinə 1 qeyri-yaşayış binasına, 1 əmlak kompleksi kimi müəssisəyə məxsus olmaqla, 20 daşınmaz əmlak obyektinin texniki pasport hazırlanıb.
Plan-ölçünün hazırlanması üçün 93 müraciətə baxılıb. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 30 müayinə aktı yazılıb. Məhdudiyyət və yüklülüyə dair 79, əmlakın olub olmaması ilə bağlı 10 arayış verilib.
Torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə rayonunun Ərəbyengicə, Qışlaqabbas, Qarahəsənli, Diyadin, Xanlıqlar, Babəki və Stansiya Daşarx kəndlərinin ərazisində aparılan monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması işləri davam etdirilib. Şərur rayonun Vayxır, Tumaslı, Tənənəm, Təzəkənd və Vərməziyar kəndlərinin ərazisində monitorinqlərə başlanılıb.
Vətəndaşlardan daxil olmuş 12 şifahi müraciətlə əlaqədar operativ olaraq əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilərək qanunamüvafiq icra edilib.
Rayonun Çomaxtur və Danyeri kənd yaşayış məntəqələrində səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.
Baxılıb: 263