Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVANDA HƏRRAC YOLU İLƏ 8 TORPAQ SAHƏSİ MÜLKİYYƏTƏ, 2 TORPAQ SAHƏSİ İCARƏYƏ VERİLİB

NAXÇIVANDA HƏRRAC YOLU İLƏ 8 TORPAQ SAHƏSİ MÜLKİYYƏTƏ, 2 TORPAQ SAHƏSİ İCARƏYƏ VERİLİB

16.07.2024

İyulun 16-da Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 7 bələdiyyəsinə məxsus 8 torpaq sahəsinin mülkiyyətə, 2 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərrac keçirilib.

Torpaq sahələrinin hərracında qeydiyyatdan keçmiş 20 sifarişçi iştirak edib.   

Əmlak Məsələləri Dövlət Xidmətində baş tutan hərrac prosesinin videokamera ilə çəkilişi aparılıb. Rəqabətli keçən proses nəticəsində hərraca çıxarılan 8 torpaq sahəsi mülkiyyətə, 2 torpaq sahəsi isə icarəyə verilib. 10 sahibkar hərracın qalibi olub.

Sahibkarlıq fəaliyyəti üçün hərraca çıxarılan torpaq sahələrinin ilkin satış və icarə qiymətləri müvafiq ərazilər üzrə torpaq sahələrinin bazar qiyməti nəzərə alınmaqla müəyyənləşdirilib.

 Xatırladaq ki, Mərkəz tərəfindən 9 iyulda dövlət mülkiyyətində olan 11 avtonəqliyyat vasitəsinin, 11 iyulda 12 qeyri-yaşayış sahəsinin satışı, 12 iyulda bələdiyyə mülkiyyətində olan 1 torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hərraclar baş tutub. 18 iyulda keçirilməsi nəzərdə tutulan hərracda isə muxtar respublikanın 6 yaşayış məntəqəsi üzrə dövlət mülkiyyətində olan 13 qeyri-yaşayış sahəsi satışa çıxarılacaq.

Ətraflı məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin http://emlak.nakhchivan.az/ rəsmi saytından əldə etmək olar.

Baxılıb: 98