Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

TORPAQ HƏRRACLARININ ŞƏFFAF VƏ RƏQABƏTLİ MÜHİTDƏ KEÇİRİLMƏSİ TƏMİN OLUNACAQ

13.06.2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 16 iyul 2024-cü il tarixdə saat 11:00-da muxtar respublikanın 7 bələdiyyəsi üzrə 8 torpaq sahəsinin mülkiyyətə, 2 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərrac keçiriləcək.

Sahibkarlıq fəaliyyəti üçün hərraca çıxarılacaq torpaq sahələrinin ilkin qiymətləri müvafiq ərazilər üzrə torpaq sahələrinin bazar qiyməti nəzərə alınmaqla müəyyənləşdirilib.

Hərracda iştirakla bağlı ərizələr Naxçıvan şəhəri, 8-ci küçə, 1/5A ünvanında “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin Torpaq müsabiqə və hərrac komissiyasında 20 iyun 2024-cü il tarixdən 12 iyul 2024-cü il tarixədək saat 9:00-dan 18:00-dək qəbul ediləcəkdir.

“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs hərracın şəffaf və rəqabətli mühitdə keçirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirəcəkdir.

Ardını oxu »

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SAHİBKARLIĞIN İNKİŞAFI FONDUNUN VƏSAİTLƏRİ ÜZRƏ VAXTI KEÇMİŞ KREDİTLƏR 62 FAİZ AZALIB

13.06.2024

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu fəaliyyətini mövcud qanunvericiliyə uyğun formalaşdırıb. Fondun nizamnaməsinə müvafiq olaraq Müşahidə Şurası yaradılıb və müvafiq qərarlar qəbul edilib.       

Hesabat dövrü ərzində fondun kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin edilib, hal-hazırda Fondun aktiv portfeli 52,5 milyon manat təşkil edir.

2024-cü il 1yanvar  tarixinə Sahibkarlığın İnkişafı  Fonduna  öhdəlik üzrə qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 15,5 milyon manat təşkil edib, 2024-cü il 13 iyun tarixinə 9,6 milyon  manat və ya 62 faiz azalaraq 5,9 milyon manata endirilib.

Ardını oxu »

NAXÇIVANDA ÖZƏLLƏŞDİRMƏ VƏ İCARƏDƏN DÖVLƏT BÜDCƏSİNƏ DAXİL OLAN VƏSAİT 5 DƏFƏDƏN ÇOX ARTIB

13.06.2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-may aylarında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 868,5 min manat vəsait ödənilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə çoxdur.

5 aylıq ödənişin 819,5 min manatı və ya 94,4 faizi özəlləşdirmədən daxilolmaların payına düşüb.

Ötən 5 ayda 55 icarə müqaviləsi bağlanılıb. Bunlardan 6-sı xidmət mərkəzi, 22-si qeyri-yaşayış sahəsi, 27-si isə torpaq sahələri üzrə olub.

Ardını oxu »

NAXÇIVANDA 4 MİNƏ YAXIN DAŞINMAZ ƏMLAKA ÇIXARIŞ VERİLİB

11.06.2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 3958 mülkiyyət hüququ qeydiyyata  alaraq çıxarışla təmin edib.

 Bu göstəricinin 1358-i və yaxud 34,3 faizi ilkin, 2600-ü və yaxud 65,7 faizi isə təkrar qeydiyyatın payına düşüb.

Cari ilin ilk 5 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 1427-si fərdi yaşayış və bağ evi,  701-i mənzil, 1581-i torpaq sahəsi, 65-i qeyri-yaşayış binası, 170-i qeyri-yaşayış sahəsi, 13-ü əmlak kompleksidir.

Ardını oxu »