Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

İQTİSADİYYAT NAZİRLİYİNDƏ BMT-NİN XÜSUSİ ELÇİSİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

24.07.2024

Dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində iqtisadi məsələlərə dair fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Fəaliyyəti və Maliyyə üzrə xüsusi elçisi və Xalis sıfır üzrə Qlazqo Maliyyə Alyansının həmsədri Mark Karni ilə görüşüb.

Görüşdə Azərbaycanda iqlim dəyişikiyi ilə mübarizə fəaliyyətində iştiraka, ətraf mühitin mühafizəsinə və alternativ enerji mənbələrinin yaradılmasına xüsusi önəm verildiyi qeyd edilib.

Ardını oxu »

TÜRKİYƏNİN NAXÇIVANDAKI BAŞ KONSULU ASİP KAYA ABBAS İSMAYILOVU ZİYARƏT EDİB

22.07.2024

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya 19.07.2024-cü ildə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılovu ziyarət edib.

Ardını oxu »

MUXTAR RESPUBLİKADA HƏRRACA ÇIXARILAN 10 QEYRİ-YAŞAYIŞ SAHƏSİ ÖZƏLLƏŞİB

19.07.2024

İyulun 18-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət mülkiyyətində olan daha 13 qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.

Əmlak Məsələləri Dövlət Xidmətində baş tutan hərrac prosesində Babək və Şahbuz rayonlarından 6 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri satışa çıxarılıb. Hərracın şəffaf və rəqabətli keçirilməsi üçün əvvəlcədən zəruri tədbirlər görülüb və prosesin videokamera ilə çəkilişi aparılıb.

İyul ayında keçirilən 5-ci hərrac prosesində Hərracların Təşkili Mərkəzi tərəfindən özəlləşdirilməyə çıxarılan 13 qeyri-yaşayış sahəsindən 10-u hərrac yolu ilə satılıb, 3 qeyri-yaşayış sahəsinin hərracı isə sifarişçi olmadığından baş tutmamış hesab olunub. Nəticədə 10 sifarişçi hərracın qalibi olub. Rəqabətli keçən hərrac nəticəsində 6 qeyri-yaşayış sahəsi üzrə əmlakın satış qiyməti start qiymətindən dəfələrlə yüksək olub.

Bnudan əvvəl Mərkəzin təşkilatçılığı ilə cari ay ərzində 4 hərrac keçirilib. 9 iyulda dövlət mülkiyyətində olan 11 avtonəqliyyat vasitəsinin, 11 iyulda 13 qeyri-yaşayış sahəsinin satışı, 12 iyulda bələdiyyə mülkiyyətində olan 1 torpaq sahəsinin icarəyə verilməsi, 16 iyulda isə muxtar respublikanın 7 bələdiyyəsi üzrə 8 torpaq sahəsinin mülkiyyətə, 2 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərraclar baş tutub.

Ardını oxu »

İQTİSADİYYAT NAZİRİ İTALİYADA İŞGÜZAR SƏFƏRDƏDİR

18.07.2024

İqtisadiyyat nazirinin İtaliyaya işgüzar səfəri çərçivəsində iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər və ikitərəfli əlaqələrin gücləndirilməsi üçün birgə təşəbbüslər müzakirə edilib.

İtaliya Respublikasında səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Parlamentinin senatoru Culio Terzi ilə görüşüb. Görüşdə Azərbaycan və İtaliya arasında uğurlu tərəfdaşlıq əlaqələrinin, iqtisadiyyatın müxtəlif sahələrində o cümlədən, ticarət, enerji, nəqliyyat və sair istiqamətlərdə inkişaf etdirildiyi vurğulanıb.

Tərəflər iqtisadi əməkdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparıb və yeni təşəbbüslərin artırılmasının əhəmiyyətini qeyd ediblər.

İqtisadiyyat nazirinin İtaliya Parlamentinin Xarici Ticarət Komitəsinin sədri Andrea Di Cüzeppe ilə görüşündə ticarət tərəfdaşlığının yüksək potensialı vurğulanıb, bu imkanların reallaşdırılması, xüsusilə, biznes subyektləri arasında əlaqələrin inkişafı və qarşılıqlı investisiyaların artırılması məsələləri ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, ölkəmizdə sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühiti, o cümlədən Ələt Azad Ticarət Zonasında, sənaye zonalarında, işğaldan azad olunmuş ərazilərimizdə tətbiq olunan güzəştlər İtaliya şirkətləri üçün də yeni və səmərəli biznes imkanları təqdim edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliya Respublikasına səfəri çərçivəsində İtaliyanın Lazio regionunun prezidenti Françesko Rokka ilə görüşüb. Tərəflər Azərbaycan-İtaliya tərəfdaşlığı çərçivəsində Lazio regionu ilə qarşılıqlı maraq doğuran iqtisadi məsələləri və özəl sektorda birgə fəaliyyətin təşviqi üçün perspektivləri nəzərdən keçiriblər.

Ardını oxu »