Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

NAXÇIVANDA SOSİAL-İQTİSADİ İSLAHATLAR MÜSBƏT İQTİSADİ GÖSTƏRİCİLƏRLƏ NƏTİCƏLƏNİB

27.02.2025

Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatların və şəffaflaşmanın davamı olaraq Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər müsbət nəticələrə gətirib çıxarıb.

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında ÜDM əvvəlki illə müqayisədə 3,1% artıb.

Ardını oxu »

AZƏRBAYCAN-PAKISTAN BİZNES FORUMU KEÇİRİLİB

25.02.2025

Fevralın 24-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif biznes-forumda çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

-Hörmətli cənab Baş nazir, əziz qardaşım.

 

Xanımlar və cənablar.

Ardını oxu »

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİNDƏ VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB

21.02.2025

Vətəndaş qəbulu zamanı sahibkarların müraciətləri dinlənilib, sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov vətəndaşları qəbul edib. 

 Nazirliyin inzibati binasında təşkil olunan qəbula gələnlər maliyyə dəstəyinin göstərilməsi, dövlət əmlakının icarəsi və ya özəlləşdirilməsi, əmlak üzərində hüquqların bərpası, sahibkarlıq fəaliyyəti, vergi məsələləri, işə qəbul və digər məsələlər barədə müraciət ediblər.

Ardını oxu »

TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

21.02.2025

İqtisadiyyat Nazirliyində Türkiyə nümayəndə heyəti ilə keçirilən görüşdə birgə layihələrin perspektivləri və iqtisadi tərəfdaşlığın prioritet istiqamətləri nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri Hulusi Akar, Mehmet Muş, Feyzi Berdibek və Kayseri Böyükşəhər bələdiyyəsinin sədri Memduh Büyükkılıçla görüşüb.

Ardını oxu »