Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVANDA DÖVLƏT ƏMLAKININ İCARƏSİNDƏN BÜDCƏYƏ DAXİLOLMALAR 45,3 FAİZ ARTIB

NAXÇIVANDA DÖVLƏT ƏMLAKININ İCARƏSİNDƏN BÜDCƏYƏ DAXİLOLMALAR 45,3 FAİZ ARTIB

19.11.2024

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin 10 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib.

Cari ilin yanvar–oktyabr aylarında 108 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrinin 69-u qeyri-yaşayış sahələrinə, 39-u isə torpaq sahələrinə aid olub.

Naxçıvanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə bu ilin 10 ayı ərzində 336 min manatdan artıq vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45,3 faiz çoxdur.


Baxılıb: 40