İSRAİLLƏ İQTİSADİ ƏMƏKDAŞLIĞIN İNKIŞAFI MÜZAKİRƏ OLUNUB
21.02.2025
İsrailin Maliyyə Nazirliyində nazir Zeyev Elkinlə görüşdə iqtisadi münasibətlərin perspektivləri, Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Maliyyə Nazirliyində nazir, Azərbaycan-İsrail Birgə Hökumətlərarası Komissiyasının həmsədri Zeyev Elkin ilə görüşüb.
Naxçıvanda Dövlət Vergi Xidmətinin rəis müavini kollektivə təqdim olunub
19.02.2025
Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin olunmuş Tural Rasim oğlu Abdulzadə kollektivə təqdim olunub.
Yeni rəis müavinini kollektivə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov təqdim edib.
ASİYA İNKIŞAF BANKININ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
19.02.2025
Asiya İnkişaf Bankının Azərbaycandakı Nümayəndəliyinin ölkə üzrə direktoru ilə görüşdə əməkdaşlığın gündəliyində olan məsələlər haqqında müzakirə aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Nümayəndəliyinin ölkə üzrə direktoru Sunniya Durrani-Camal ilə görüşüb.
Görüşdə AİB ilə münasibətlərin inkişaf etdiyi vurğulanıb. Ortamüddətli dövrdə ölkəmizdə sosial-iqtisadi inkişaf, investisiyaların təşviqi üzrə prioritetlər, Bankın Ölkə Tərəfdaşlıq Strategiyasının əhatə edəcəyi istiqamətlər barədə məlumat verilib.
KƏNGƏRLİ RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLƏCƏK
19.02.2025
27 fevral 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Kəngərli rayonu və kəndlərindən olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən 2 saylı Ərazi Vergilər İdarəsinin Kəngərli rayonunun Qıvraq qəsəbəsində H.Əliyev prospekti 5 ünvanında yerləşən inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin (036) 545-75-35 nömrəli telefonu, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
