NAXÇIVANDA 7 QEYRİ-YAŞAYIŞ OBYEKTİ HƏRRAC YOLU İLƏ ÖZƏLLƏŞDİRİLİB
18.12.2024
Dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış obyektlərinin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib.
Hərraca muxtar respublikanın Şərur, Babək, Culfa, Şahbuz və Kəngərli rayonlarının 7 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid, dövlət mülkiyyətində olan qeyri-yaşayış obyektləri çıxarılıb.
Özəlləşdirilməyə çıxarılan 9 əmlakdan 2-si üzrə sifarişçi olmadığından hərrac baş tutmamış hesab edilib. Ümumilikdə 11 sifarişin qəbul olunduğu 7 qeyri-yaşayış obyekti üzrə rəqabətli keçən hərracda ən yüksək qiyməti təklif edən 7 sifarişçi hərracın qalibi olub.
Baxılıb: 27