"TÜRKİYƏ-AZƏRBAYCAN SƏRHƏD VİLAYƏTLƏRİ İQTİSADİ ƏMƏKDAŞLIQ KONFRANSI" NDA NAXÇIVANIN İQTİSADİ PERSPEKTİVLƏRİ TƏQDİM EDİLİB
29.11.2024
Noyabrın 27-də İğdır Valiliyinin ev sahibliyi ilə İğdır Ticarət və Sənaye palatasında "Türkiyə-Azərbaycan sərhəd vilayətləri iqtisadi əməkdaşlıq konfransı" keçirilib.
Konfrans çərçivəsində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov "Naxçıvan Muxtar Respublikası: biznes mühiti və iqtisadi perspektivlər" mövzusunda təqdimatla çıxış edib.
Abbas İsmayılov təqdimatda Naxçıvanın iqtisadi potensialı, investisiya imkanları və bölgədə yaradılan əlverişli biznes mühiti barədə ətraflı məlumat verib.
Baxılıb: 19