Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVANDA SAHIBKARLIĞIN İNKIŞAFI FONDU DAHA BIR BANKLA ƏMƏKDAŞLIĞA BAŞLAYIB

NAXÇIVANDA SAHIBKARLIĞIN İNKIŞAFI FONDU DAHA BIR BANKLA ƏMƏKDAŞLIĞA BAŞLAYIB

15.01.2025

Yanvarın 15-də “Ziraat Bank Azərbaycan”ın Naxçıvan filialının rəsmi açılış mərasimində Sahibkarlığın İnkişafı Fondu ilə “Ziraat Bank Azərbaycan” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni “Ziraat Bank Azərbaycan” ASC İdarə Heyətinin üzü Ömər Yılmaz və  Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Vüsal Novruzov imzalayıblar.

Müqaviləyə əsasən “Ziraat Bank Azərbaycan” ASC Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri ilə sahibkarlara maliyyələşdirmə imkanları yaradılmasına dəstək olacaqdır.

Qeyd edək ki, bu əməkdaşlıq nəticəsində Fondun müvəkkil kredit təşkilatlarının sayı 7-ə çatıb.

Baxılıb: 63