Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLİB

12.02.2025

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2024-cü ilin yekunlarına və 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. İclasda Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri iştirak ediblər.

İclasda 2024-cü il ərzində qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görülən işlər barədə hesabat təqdim olunub, gələcək dövr üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Kollegiyanı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov 2024-cü il ərzində Nazirliyin və tabeli qurumların yeni struktur çərçivəsində fəaliyyət istiqamətlərinin, hədəflərinin daha dəqiq müəyyən edildiyini və Nazirliyə daxil olan qurumlar arasında koordinasiyanın gücləndirildiyini bildirib.

Ardını oxu »

NAXÇIVANDA VERGİ XİDMƏTİNİN BİR QRUP ƏMƏKDAŞI TƏLTİF EDİLİB

12.02.2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində 11 fevral Azərbaycanın vergi orqanlarının yaranmasının 25 illiyi və  vergi xidməti işçilərinin peşə bayramına həsr edilmiş tədbir təşkil olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi ulu öndər Heydər Əliyevin 11 fevral 2000-ci il tarixli fərmanı ilə yaradılıb. Ötən dövr ərzində vergi sahəsində innovativ texnologiyaların tətbiqi genişləndirilib, operativ idarəetmə strukturu və qanunvericilik bazası formalaşdırılıb, fəaliyyət müasir standartlar səviyyəsində qurulub.

Ardını oxu »

NAXÇIVANDA TÜRK ŞİRKƏTİ İLƏ ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİ BARƏDƏ FİKİR MÜBADİLƏSİ APARILIB

07.02.2025

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov “Türkiyə Moda və Hazır Geyim Federasiyası”nın prezidenti və “Rapsodi Çorap” şirkətinin rəhbəri Hüseyin Öztürk ilə görüşüb.

Görüşdə Türkiyənin Naxçıvanda Baş Konsulu Asip Kaya, ticarət atteşesi Engin Iğdır iştirak ediblər.

Abbas İsmayılov Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdən danışıb, Naxçıvanda əlverişli biznes mühiti və investorlar üçün yaradılan imkanlar barədə məlumat verib.

Ardını oxu »

TATARISTAN RESPUBLİKASI İLƏ TƏRƏFDAŞLIQ İMKANLARI MÜZAKİRƏ EDİLİB

04.02.2025

İqtisadiyyat Nazirliyində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə keçirilən görüşdə iqtisadi əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın həyata keçirildiyi vurğulanıb. Hər iki tərəfdə ticarət əlaqələrinin daha da gücləndirilməsi, birgə istehsalın təşkili,  kiçik və orta biznes sahəsində işbirliyi üçün böyük potensialın mövcud olduğu qeyd edilib.

Ardını oxu »