Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ORDUBAD RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

ORDUBAD RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

19.01.2023

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı, texniki sənədlərin hazırlanması, eləcə də əmlak və torpaq münasibətlərinin tənzimlənməsi 2022-ci il ərzində diqqətdə saxlanılıb.

İdarə tərəfindən il ərzində 193 daşınmaz əmlak obyektinin texniki pasportu, 255 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim olunub. Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilib, 280 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub. 2021-ci illə müqayisədə rayon üzrə hazırlanan mülkiyyət sənədlərinin sayı 2,7 % artıb.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi məsələsi ilə bağlı sakinlərin müraciətlərinə vaxtında baxılıb, 467 müraciət qəbul edilib. Həmçinin, məhdudiyyət və yüklülüyə dair 320 arayış, 86 sosial arayış, 14 ünvan arayışı və 21 dublikat sənəd verilib. 82 torpaq sahəsinə dair isə rəy hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. 7 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi də icra edilib, müvafiq hesabat hazırlanıb.

Ötən il vətəndaşlar tərəfindən idarəyə daxil olan 179 şifahi müraciət operativ cavablandırılıb, müraciətlərə əsasən əmlaklara yerində baxış keçirilərək qanuna müvafiq tədbirlər görülüb və qanunvericiliyin tələbləri vətəndaşlara ətraflı izah edilib.

Baxılıb: 242