Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - SƏDƏRƏKDƏ RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

SƏDƏRƏKDƏ RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

09.01.2023

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsi tərəfindən vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinin operativ icrası və daşınmaz əmlak obyektlərinə məxsus texniki sənədlərin hazırlanması ötən il ərzində də mütəşəkkil davam etdirilib.

 Şöbə tərəfindən il ərzində 27 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanıb, 83 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. 2021-ci illə müqayisədə rayon üzrə hazırlanan mülkiyyət sənədlərinin sayı 44,7 % artıb. Daxil olan müraciətlər əsasında 4 bölgü planı, 26 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 75 arayış hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. 42 müayinə aktı yazılıb.

Ötən il 2 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilib, müvafiq hesabatlar hazırlanıb. Həmçinin, 119 şifahi müraciət operativ cavablandırılıb, müraciətlərlə bağlı əmlaklara yerində baxış keçirilərək qanuna müvafiq tədbirlər görülüb, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib və qanunvericiliyin tələbləri rayon sakinlərinə ətraflı izah edilib.

Rayon ərazisində olan dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.

Baxılıb: 119