Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ƏMLAK VƏ TORPAQ MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ SAHƏSİNDƏ QARŞIYA QOYULAN VƏZİFƏLƏR İCRA OLUNUB

ƏMLAK VƏ TORPAQ MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ SAHƏSİNDƏ QARŞIYA QOYULAN VƏZİFƏLƏR İCRA OLUNUB

10.01.2023

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsi tərəfindən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması, həmçinin ona xitam verilməsinin dövlət qeydiyyatı, texniki pasport və plan-ölçülərin hazırlanması 2022-ci il ərzində də davam etdirilib.

İl ərzində şöbə tərəfindən vətəndaşlardan daxil olan müraciətlər əsasında 90 daşınmaz əmlakın texniki pasportu hazırlanıb. 149 torpaq sahəsinin planı və ölçüsü vətəndaşlara təqdim edilib. 2021-ci illə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 6,3% artıb. Texniki sənədlərin hazırlanması zamanı rayon əhalisinin əmlaklarına yerində baxış keçirilib, 81 müayinə aktı yazılıb, 21 bölgü planı tərtib olunub.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üzrə də şöbənin əməkdaşları tərəfindən operativlik təmin olunub, müraciətlərə vaxtlı-vaxtında baxılıb, dövlət reyestrindən 270 çıxarış, məhdudiyyət və yüklülüyə dair 208, əmlakın olub-olmamasına dair 128 arayış, 67 torpaq sahəsinə dair rəy verilib. 19 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilib, bununla bağlı müvafiq hesabatlar hazırlanıb.

İl ərzində əkinəyararlı torpaqların təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarətin gücləndirilməsi, torpaq sahələrindən təyinatına uyğun olmayan digər məqsədlər üçün istifadənin qarşısının alınması məqsədi ilə rayon ərazisində monitorinqlər aparılıb, torpaqdan qanunsuz istifadəyə dair aşkar edilmiş faktlar aradan qaldırılıb. Kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması və ailə təsərrüfatlarının inkişafı ilə bağlı rayonun yaşayış məntəqələrində bələdiyyə sədrlərinin, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin, o cümlədən ailə təsərrüfatlarının nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib.

Baxılıb: 113