Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ORDUBAD RAYONUNDA ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ İLƏ BAĞLI VƏZİFƏLƏR UĞURLA İCRA EDİLİB

ORDUBAD RAYONUNDA ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ İLƏ BAĞLI VƏZİFƏLƏR UĞURLA İCRA EDİLİB

13.12.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən mülkiyyət hüquqlarının qeydiyyatının aparılması, plan-ölçülərin hazırlanması, torpaqlardan qanuni və təyinatına uyğun istifadəyə, həmçinin onların mühafizəsinə dövlət nəzarətinin artırılması noyabr ayında da prioritet istiqamət kimi müəyyənləşdirilib.

Ötən ay ərzində idarə tərəfindən 12 fərdi yaşayış evinə, 4 mənzilə məxsus, ümumilikdə, 16 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 40 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 25 müayinə aktı arxiv sənədlərinə əlavə olunub.

Rayonda hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi sahəsində də müvafiq işlər görülüb, 68 müraciətə vaxtında baxılıb, məhdudiyyət və yüklülüyə dair 31 arayış verilib. Eyni zamanda 2 sosial arayış, 3 ünvan arayışı, 3 dublikat sənəd, 6 torpaq sahəsinə dair rəy hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Vətəndaşlar tərəfindən idarəyə daxil olan 14 şifahi müraciət operativ cavablandırılıb, müraciətlərlə bağlı əmlaklara yerində baxış keçirilərək qanuna müvafiq tədbirlər görülüb və qanunvericiliyin tələbləri rayon sakinlərinə ətraflı izah edilib.

Baxılıb: 124