Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNUB

ÖTƏN İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNUB

30.01.2023

Naxçıvan Muxtar Respublikasının  Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən kollegiya iclasını Xidmətin rəisi Müslüm Cabbarzadə açaraq 2022-ci ildə görülən işlərdən və 2023-cü ildə qarşıda duran vəzifələrdən danışıb.

İclasda Xidmətin rəisi qeyd edib ki, muxtar respublikanın torpaq fondundan təyinatı üzrə səmərəli istifadə edilməsinə nəzarət daha da gücləndirilməli, torpaqlardan qanunsuz istifadə hallarının aradan qaldırılması üçün inzibati tədbirlər görülməli, özbaşına tutulmuş torpaq sahələri əvvəlki vəziyyətinə qaytarılmalı, yerlərdə torpaq mülkiyyətçisi, istifadəçisi və icarəçilərinin iştirakı ilə torpaqlardan səmərəli istifadəyə dair maarifləndirici tədbirlər davam etdirilməli və həyata keçirilən tədbirlər kütləvi informasiya vasitələrində işıqlandırılmalıdır.

Müslüm Cabbarzadə qarşıdakı dövrdə torpaqların uqodiyalar və ərazi vahidləri üzrə dürüstləşdirilməsi, məlumatların elektron kadastr xəritələri üzərinə köçürülməsi işlərinin davam etdirilməsi, yeni çəkilmiş kanal, kollektor və drenaj şəbəkələrinin xəritələşdirilməsinin təmin edilməsi, həmin xəritə materiallarının, eləcə də torpaqların keyfiyyətində baş verən dəyişikliklərin torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi işinin 2023-cü ildə də diqqətdə saxlanılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Gündəlikdə duran məsələlərlə bağlı “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cəfər Əliyev, Ümumi şöbənin müdiri Ruslan Rüstəmov, Mühasibat uçotu sektorunun müdiri Əbilfəz Qafarov, Xidmətin Naxçıvan Şəhər İdarəsinin müdiri Dünyamalı Babayev çıxış edərək aidiyyəti üzrə görülən işlər barədə məlumatlar veriblər. Müzakirə olunan məsələlərə dair qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib. Xidmətinin 2023-cü il üçün İş Planı və kollegiyanın cari il üçün İş Planı təsdiq olunub.

Baxılıb: 245