ÖTƏN İL CULFA RAYONUNDA 362 ƏMLAK DÖVLƏT QEYDİYYATINA ALINIB
17.01.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən ötən il ərzində 190 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 172 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı 185 müayinə aktı yazılıb, 36 bölünmə və birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.
Dövlət reyestrindən 468 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 310 arayışın verilməsi ilə əlaqədar qəbul edilən hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliyə uyğun icra edilib. Müvafiq dövrdə 183 sosial arayış, 59 torpaq sahəsinə dair rəy hazırlanaraq aidiyyəti üzrə təqdim olunub, 13 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilmiş, müvafiq hesabatlar hazırlanıb.
Kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması və ailə təsərrüfatlarının inkişafı ilə bağlı rayonun yaşayış məntəqələrində bələdiyyə sədrlərinin, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin, o cümlədən ailə təsərrüfatlarının nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib.
İl ərzində rayonunun yaşayış məntəqələrində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.
Vətəndaşlardan daxil olmuş 64 şifahi müraciətlə əlaqədar operativ olaraq əmlaklara yerində baxış keçirilib və qanunamüvafiq icra edilib və qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.
Baxılıb: 243
