HEYVANDARLIĞIN İNKİŞAFI ÜÇÜN GÜZƏŞTLİ KREDİT AYRILIB
05.02.2024
2024-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu kiçik və orta biznesin inkişafına dəstək tədbirlərini davam etdirib.
Sahibkarlar İftixar Məmmədov və Mütəllim Yaqubov heyvandarlığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 59 min manat güzəştli kredit əldə edib. Layihə Şərur və Culfa rayonlarında icra olunacaq.
2024-Cü İlin İlk İnvestisiya Təşviqi Sənədləri Sahibkarlara Təqdim Edilib
05.02.2024
İnvestisiya təşviqi sənədi almış 3 layihənin reallaşdırılması nəticəsində yerli istehsala təqribən 20,3 milyon manat investisiya yatırılacağı, 60-dan çox yeni iş yerinin açılacağı nəzərdə tutulur.
“Bakı KOB evi”ndə 3 sahibkara investisiya təşviqi sənədləri təqdim edilib. İnvestisiya təşviqi sənədi almış layihələr qida məhsullarının istehsalı sahəsində olmaqla, Qusar, İmişli və Samux rayonlarında həyata keçiriləcək. Belə ki, investisiya təşviqi sənədləri “VVE GROVV” MMC-nin “Meyvə şirəsinin hazırlanması və qablaşdırılması”, “Promalt” MMC-nin “Yeni texnologiyanın tətbiqi ilə arpa səmənisi (malt) istehsalı zavodunun tikintisi və yüksək keyfiyyətli arpa səmənisi xammalının istehsalı” və “Fruit Aqro” QSC-nin “Müxtəlif meyvələrin emalının təşkili” layihələrinə verilib.
"ELEKTRON KREDİT VƏ ZƏMANƏT” İNFORMASİYA SİSTEMİ TƏQDİM EDİLİB
05.02.2024
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir.
Sahibkarlığın İnkişafı Fondunda “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi” üzrə "Elektron kredit və zəmanət” informasiya sisteminin təqdimatı keçirilib. Fondun İdarə Heyətinin sədri Osman Xaliyev bildirib ki, fevralın 1-dən etibarən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizmi üzrə müraciət imkanı yaradılıb. Belə ki, sahibkarlar e-gov portalı və edf.gov.az saytı üzərindən "Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər.
BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI İLƏ ƏMƏKDAŞLIĞIN İNKİŞAFI MÜZAKİRƏ OLUNUB
05.02.2024
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Beynəlxalq Maliyyə Korporasiyasının iqlim biznesi üzrə qlobal direktoru Cemi Fergüssonla görüşündə COP29, “yaşıl” keçidin və enerji təhlükəsizliyinin, dövlət-özəl tərəfdaşlığı layihələrinin dəstəklənməsi məsələləri nəzərdən keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) iqlim biznesi üzrə qlobal direktoru, COP üzrə tapşırıqlar qrupunun rəhbəri Cemi Fergüssonla görüşüb.
