Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - “İQTİSADİ ARTIM ÜZRƏ İŞÇİ QRUPU”NUN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

“İQTİSADİ ARTIM ÜZRƏ İŞÇİ QRUPU”NUN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

16.02.2024

“İqtisadi artım üzrə işçi qrupu”nun iclasında Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üzrə 2023-cü ildə görülən işlər müzakirə edilib.

İclasda işçi qrupunun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini Rəşad Hüseynov 2023-cü ilin nəticələri üzrə Strategiyanın monitorinq və qiymətləndirilməsi üzrə görülmüş işlər, icra prosesində qarşıya çıxan məsələlər, eyni zamanda gələcək planlar barədə məlumat verib.

İclasda işçi qrupun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə 2023-cü il üzrə hazırlanmış hesabat ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib və növbəti addımlar müəyyənləşdirilib.

Qeyd: “İqtisadi artım üzrə işçi qrupu” “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Davamlı və yüksək iqtisadi artım” və “Paytaxt və regionların tarazlı inkişafı” məqsədləri üzrə nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək, həmçinin aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə yaradılıb.

Baxılıb: 141