Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - 2024-CÜ İLİN YANVAR AYINDA İQTİSADİYYATIN BİR SIRA SAHƏLƏRİNDƏ YÜKSƏK ARTIM TEMPLƏRİ MÜŞAHİDƏ OLUNUB

2024-CÜ İLİN YANVAR AYINDA İQTİSADİYYATIN BİR SIRA SAHƏLƏRİNDƏ YÜKSƏK ARTIM TEMPLƏRİ MÜŞAHİDƏ OLUNUB

14.02.2024

2024-cü il Azərbaycan iqtisadiyyatında yüksək göstəricilərlə başlayıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar ayında ÜDM 5%, o cümlədən qeyri-neft-qaz ÜDM-i 12,3% artıb.

Əlavə dəyərdə artım tikinti sektorunda 66,9%, nəqliyyat və anbar təsərrüfatında 26,8%, qeyri-neft-qaz emal sənayesində 16,8%, turizm və ictimai iaşədə 12,1%, informasiya və rabitədə 11,8% təşkil edib. Ölkə iqtisadiyyatında yüksək investisiya fəallığı qeydə alınıb.

2024-cü ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala investisiya qoyuluşları 37,4%, o cümlədən qeyri-neft-qaz sektoruna 34,1% artıb ki, bu da iqtisadi artıma töhfə verən mühüm amildir.

Baxılıb: 181