Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

NAXÇIVANIN 10 ŞİRKƏTİNİN MƏHSULLARI BEYNƏLXALQ SƏRGİLƏRDƏ NÜMAYİŞ OLUNUB

08.02.2024

Naxçıvanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin işgüzar əlaqələrinin genişləndirilməsi və tərəfdaşlığın inkişafı istiqamətində tədbirlər davam etdirilir.

2024-cü ilin yanvar ayında Naxçıvanın 10 şirkəti AZPROMO-nun təşkilatçılığı ilə  iki sərgidə - “Iraq Fair” və “Green Week Berlin 2024”də iştirak ediblər.

"Made in Azerbaijan" vahid ölkə stendində Naxçıvanın duz, limonad və mineral sular, qənnadı məmulatları, kişmiş, meyvə şirələri, enerji içkiləri, ət konservləri və digər məhsulları nümayiş olunub.

Sərgi çərçivəsində Naxçıvan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr aparıblar.

Ardını oxu »

KOB KLASTERDƏ BİRLƏŞMƏKLƏ KOB-LAR BİR SIRA VERGİ GÜZƏŞTLƏRİNDƏN FAYDALANA BİLƏRLƏR

06.02.2024

KOB klaster yaratmaq istəyən kommersiya hüquqi şəxslər KOB klaster şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.

Mikro, kiçik və orta sahibkarlar KOB klaster yaratmaqla bir sıra vergi güzəştləri əldə edə bilərlər. Qanunvericilikdə KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasterin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur.

Ardını oxu »

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ ÇİNDƏ BİR SIRA GÖRÜŞLƏR KEÇİRİB

06.02.2024

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində bir sıra işgüzar görüşlər keçirilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti Çinin nəqliyyat vasitələri istehsal edən müəssisələrin rəhbərliyi ilə görüş keçirib, zavodların istehsal fəaliyyəti ilə tanış olub. Görüşlərdə ölkəmizin əlverişli biznes mühiti və investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib.

Ardını oxu »

NAXÇIVAN MƏHSULLARININ İXRAC COĞRAFİYASI GENİŞLƏNİR

06.02.2024

Yerli fermerlərin səyi nəticəsində Naxçıvanın kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası genişlənir. Belə ki, 2023-cü ilin dekabr ayında 75 ton soğan məhsulu İraq Respublikasına ixrac edilib.

2024-cü ilin yanvar ayında isə 225 ton soğan məhsulu İraq Respublikasına və Birləşmiş Ərəb Əmirliyinə ixrac olunub. Bu da  ötən ilin dekabr ayı ilə müqayisədə  3 dəfə çoxdur. 

Ardını oxu »