ÖTƏN AY BABƏK RAYONU ÜZRƏ 100-Ə YAXIN TEXNİKİ SƏNƏD HAZIRLANIB
19.02.2024
Babək rayonunda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyatının qanunvericiliyə uyğun aparılması, vətəndaşlara nümunəvi xidmətlərin göstərilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Bu sahədə göstərilən uğurlu fəaliyyət yanvar ayında da davam etdirilib.
Ötən ay ərzində rayon üzrə ümumilikdə 21 fərdi yaşayış evinə, 1 qeyri-yaşayış binasına dair texniki pasport hazırlanıb, 77 torpaq sahəsinə dair plan və ölçü tərtib edilib. Həmçinin, 6 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə edilib, 11 müayinə aktı yazılıb.
Hesabat dövründə hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün idarəyə vətəndaşlar tərəfindən 153 müraciət daxil olub, qəbul edilən sənədlər ilkin olaraq yoxlanıldıqdan sonra qeydiyyata alınıb. 11 əmlakın məhdudiyyət və yüklülüyünə, 35 əmlakın olub-olmamasına dair arayış hüquq sahiblərinə təqdim edilib. 10 vətəndaşın şifahi müraciətinə uyğun olaraq qanunvericiliyin tələbləri izah olunub.
Müvafiq dövrdə rayon ərazisindəki torpaqlardan təyinatı üzrə istifadəyə dövlət nəzarəti gücləndirilib. Göstərilən xidmətlərdən daha çox sakinin yararlanması və əlçatanlığın təmin edilməsi məqsədilə Qaraqala və Şıxmahmud yaşayış məntəqələrində səyyar xidmət təşkil olunub.
Baxılıb: 169