Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TÜRK ŞİRKƏTLƏRİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

TÜRK ŞİRKƏTLƏRİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

02.04.2024

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Koç Holdinq”in Baş maliyyə direktoru Polat Şen, səhiyyə üzrə baş direktoru Erhan Bulutçu və “Aksoy Holdinq”in baş direktoru Batu Aksoyla görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə birliyi və uğurlu iqtisadi tərəfdaşlıq platformasının birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni məzmunlarla zənginləşdiyi diqqətə çatdırılıb. Türkiyənin “Koç Holding” və “Aksoy Holding” şirkətləri ilə ölkəmizdə investisiya layihələrinin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Baxılıb: 107