Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVANDA HƏRRACDA SATILAN ƏMLAKIN SAYI ARTIB

NAXÇIVANDA HƏRRACDA SATILAN ƏMLAKIN SAYI ARTIB

15.04.2024

Dövlət əmlakı üzrə geniş seçim və rahat özəlləşdirmə imkanı hərraclarda iştirakçı fəallığını artırır.

2024-cü ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclar yolu ilə satılan əmlakların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 83,3 faiz artaraq 22 olub.

Cari ilin 3 ayı ərzində keçirilən hərraclardan xüsusi hesaba daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,4 faiz artıb.

Baxılıb: 136