Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ŞAHBUZ RAYONUNDA DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏR OPERATİV CAVABLANDIRILIB

ŞAHBUZ RAYONUNDA DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏR OPERATİV CAVABLANDIRILIB

19.03.2024

Xidmətin rayon şöbəsi tərəfindən cari ilin fevral ayı ərzində torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət daha da artırılıb, qəbul edilən vətəndaş müraciətlərinə vaxtında baxılıb və göstərilən xidmətlərdən sakinlərin öz yaşayış məntəqələrində yararlanması məqsədilə rayonda səyyar xidmət göstərilib.

Şöbə tərəfindən ötən ay 13 fərdi yaşayış evinə, 1 qeyri-yaşayış binasına və 4 mənzilə məxsus texniki pasport hazırlanıb, torpaq sahəsinə dair plan və ölçünün hazırlanması üçün 13, hüquqların dövlət qeydiyyatına alınması üçün 31 müraciətə baxılaraq müvafiq məsələlər qanunvericiliyə uyğun icra edilib.

Texniki sənədlərin hazırlanması ilə bağlı daxil olan müraciətlər əsasında əmlaklara yerində baxış keçirilib və 24 müayinə aktı tərtib edilib. Hesabat dövründə məhdudiyyət və yüklülüyə dair 4, əmlakın olub-olmamasına dair 9 arayış, 4 dublikat sənəd verilib. 2 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilib, vətəndaşların şifahi və yazılı müraciətləri cavablandırılıb.

Baxılıb: 139